Toyota Araşdırma İnstitutu (TRI) Stenford Universiteti ilə əməkdaşlıq edərək iki Toyota Supra-nı tandemdə drift etmək üçün süni intellektdən istifadə etdi. Alimlərin məqsədi süni intellektin imkanlarını göstərmək deyil, sürücülərə kömək etmək üçün yeni platforma təqdim etmək idi.
Modifikasiya edilmiş Supralar hər yeni yarışla öyrənə bilən süni intellektlə təchiz olunub. TRI aparıcı avtomobil üçün idarəetmə mexanizmlərini işləyib hazırladı və Stenforddan olan mühəndislər mümkün toqquşmaların qarşısını almaq üçün sürücülərin hərəkətlərini kopyalayaraq süni intellekt modelləri və alqoritmlərini yaratdılar.
Avtomobillər bir-biri ilə Wi-Fi vasitəsilə əlaqə saxlayırdı. Sistem vəziyyəti saniyədə 50 dəfəyə qədər təhlil etmək və sükan, qaz və əyləc əmrlərini tənzimləmək qabiliyyətinə malikdir. TRI-nin “Interactive Driving” üzrə vitse-prezidenti Avinaş Balachandranın sözlərinə görə, iki avtomobili tandemdə avtonom şəkildə dtift etmək bacarığı şirkətlər üçün mühüm mərhələdir və gələcək avtomobillərdə təhlükəsizlik sistemlərini əhəmiyyətli dərəcədə təkmilləşdirməyə kömək edəcək.
Stanford, drift fizikasının avtomobillərin buz və ya qar üzərindəki davranışına bənzədiyini vurğulayır. Gələcəkdə texnologiya sürücü idarəetməni itirdikdə ona kömək etmək üçün avtomobili idarə etmə prosesinə dərhal müdaxilə edə bilər. Maraqlıdır ki, Stenford artıq avtonom drift edən avtomobillər yaratmaq təcrübəsinə malikdir. 2015-ci ildə onun əməkdaşları oxşar texnologiya ilə DeLorean avtomobilini hazırlayıblar.
Fikirləriniz ?