Bu gün ölkə üzrə internetdə qısa müddətli fasilələr qeydə alınıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri — “Delta Telekom” — DDoS tipli genişmiqyaslı kiberhücuma məruz qalıb.
Nazirlik bildirir ki, internet xidmətlərinin davamlılığını qorumaq məqsədilə provayderlər dərhal alternativ “backbone” operatorlarının şəbəkəsinə yönləndirilib. Bu tədbirlər nəticəsində istifadəçilərin internetə çıxışı qısa müddətdə bərpa olunub.
Məlumata əsasən, görülən operativ addımlar sayəsində hücumun qarşısı tamamilə alınıb və “Delta Telekom”un xidmətləri bərpa edilib.
Fikirləriniz ?