5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Azərbaycanda kompüterlərdə «ChatGPT»nin payı ardıcıl olaraq 4-cü aydır ki, azalır

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) “chatbot”u olan “ChatGPT”nin bazar payı 94,58 % təşkil edib. Bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.

İkinci pillədəki “Microsoft Copilot”un bazar payı 2,83 % olub. Bu, əvvəlki ayın göstəricisindən 1,13 faiz bəndi çoxdur.
Növbəti yerdə qərarlaşan “Perplexity”nin bazar payı iyulda 0,55 faiz bəndi artaraq 1,23 % olub.
Dördüncü yerdəki “Google Gemini”nin bazar payı ay ərzində 0,02 faiz bəndi azalaraq 1,05 % təşkil edib. İlk beşliyi 0,25 %-lik bazar payı ilə “Claude” qapayır. Onun payı iyul ayı ilə müqayisədə 0,20 faiz bəndi azalıb.
Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) “chatbot”larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:
“ChatGPT” – 93,99 % (iyula nisbətən 1,57 faiz bəndi az). Beləliklə onun bazar payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 3 % təşkil edib);
“Microsoft Copilot” – 3,22 % (1,26 faiz bəndi çox);
“Perplexity” – 1,32 % (0,54 faiz bəndi çox);
“Google Gemini” – 1,1 % (0,14 faiz bəndi az);
“Claude” – 0,29 % (0,17 faiz bəndi az).

Mobil cihazlarda:
“ChatGPT” – 97,69 % (1,88 faiz bəndi az);
“Microsoft Copilot” – 0,77 % (–);
“Perplexity” – 0,77 % (–);
“Google Gemini” – 0,77 (-).

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr