29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Azərbaycanda məşhur olan Zeekr 001 elektromobili — hibrid versiyasını alacaq — [Foto]

Yeni hibrid “Zeekr 001” avtomobilinin ilk fotoları internetdə yayılıb. Qeyd edək ki, buna qədər istehsalçı yalnız elektromobillər buraxırdı.

Bu yaxınlarda şirkətin ilk hibrid modelini Geely Holding Qrupunun prezidenti və Zeekr-in baş direktoru Endi Ahn elan etmişdir. İndi isə fotoda liftbek əks olunub, onun xarici görünüşü 001 elektromobilininkinə oxşayır. Bunun hibrid olduğunu xüsusi stikerlə görmək mümkündür. Mühərrik radiatorunun yerləşdiyi açıq bamper də diqqətəlayiqdir. Güman edilir ki, aşağı sürətlərdə benzin mühərriki elektrik generatoru (EREV) kimi çıxış edəcək, yüksək sürətlərdə isə fırlanma anını təkərlərə ötürəcək.

Zeekr-in ilk hibrid avtomobili 2025-ci ilin üçüncü rübündə satışa çıxarılacağı gözlənilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr