Bakı tıxaclarının gizli qiyməti. “FinFly” jurnalistlərinin hesablamasına görə, iş saatlarına düşən maaşlar və yanacaq xərcləri nəzərə alındıqda, Bakı tıxaclarının iqtisadiyyata illik ziyanı 2 milyard manata yaxın təşkil edir.
Amma məsələ təkcə pulla ölçülmür:
• Stress və əsəbilik – gündəlik həyat keyfiyyətini aşağı salır.
• Hava kirliliyi – sağlamlıq üçün ciddi təhlükə yaradır.
• Səs-küylü mühit – psixoloji gərginlik və yorğunluq artırır.
Beləliklə, tıxaclar sadəcə vaxt itkisi deyil, həm də sağlamlıq, ekologiya və həyat keyfiyyətinə ciddi təsir göstərən bir problemdir.
©️insan yönümlü şəhər
Fikirləriniz ?



