3 C
Баку
Воскресенье, 1 марта, 2026
spot_img

Bakıda bu svetaforlar süni intellektlə işləyir

Paytaxtda nəqliyyatın daha rahat hərəkəti üçün Binəqədi rayonu ərazisində yeni pilot layihə həyata keçirilir. Layihə Cəfər Xəndan küçəsi, Azadlıq prospekti və Məsud Davudoğlu küçəsinin kəsişmələrini əhatə edir.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sözçüsü Ömər Xıdırovun sözlərinə görə, 115 nömrəli məktəbin qarşısı da daxil olmaqla ümumilikdə 8 kəsişmədə “ağıllı işıqfor” sistemi sınaqdan keçirilir.

Bu işıqforlar adi sistemdən fərqli olaraq sabit vaxtla yox, real vaxt rejimində işləyir. Yol üzərindəki sensorlar və kameralar nəqliyyatın sıxlığını ölçür və sistem yaşıl işığın müddətini avtomatik olaraq artırıb-azaldır.

Əgər haradasa qəza və ya sıxlıq yaranarsa, yaşıl işıq daha uzun yanır. Yol boş olduqda isə sürücülər lazımsız yerə qırmızı işıqda gözləmir. Sistem həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini qorumaq üçün proqramlaşdırılıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr