25 dekabr tarixindən etibarən Bakı şəhərində BakuBus avtobuslarının bütün marşrutlarında NFC ilə nağdsız ödəniş sistemi tam aktivləşdirildi
Artıq sərnişinlər yerli bank kartları, Apple Pay və Google Pay vasitəsilə rahat və sürətli şəkildə ödəniş edə bilərlər. Nağd pul və ya fiziki BakıKart daşımağa ehtiyac qalmır — telefon, ağıllı saat və ya bank kartını validatora yaxınlaşdırmaq kifayətdir
Yeni sistemin üstünlüklərindən biri də ardıcıl ödəniş imkanının artırılmasıdır. İlkin mərhələdə bu göstərici 1-dən 2-yə yüksəldilib və gələcəkdə daha da artırılması planlaşdırılır.
Qeyd edək ki, layihənin pilot mərhələsi 20 dekabrda 500 nömrəli marşrutda tətbiq olunub və mərhələli şəkildə digər marşrutlara da genişləndiriləcək.
Rahat, sürətli və nağdsız ödəniş artıq ictimai nəqliyyatda!
Fikirləriniz ?



