27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Beynalxalq Valyuta Fondunun rəhbəri: süni intellekt əmək bazarını sunami kimi dağıdacaq

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva süni intellektin müasir əmək bazarına güclü təsir göstərdiyini və mütəxəssisləri müxtəlif məşğulluq ssenarilərinə hazır olmağa məcbur etdiyini açıqlayıb.

Önümüzdəki iki il ərzində süni intellektin inkişaf etmiş iqtisadiyyatlardakı iş yerlərinin 60%-nə və dünyanın qalan hissəsindəki iş yerlərinin 40%-nə təsir edə biləcəyi proqnozlaşdırılır.

“İnsanları və müəssisələri buna hazırlamaq üçün çox vaxtımız yoxdur. Bu vəzifənin öhdəsindən gələ bilsək, məhsuldarlığı xeyli artıra bilərik. Amma əks halda süni intellektin inkişafı cəmiyyətin daha da təbəqələşməsinə səbəb ola bilər”, – Kristalina Georgiyeva deyə bildirib.

Valyuta Fondunun rəhbəri vurğulayır ki, qlobal iqtisadiyyat əvvəllər iddia edildiyi kimi hazırda tənəzzüldə deyil. O, son illərdə böyük sarsıntılarla üzləşməli olub, lakin bir çox böyük ölkələr indi qlobal dəyişikliklərə daha davamlıdır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr