28 C
Баку
Вторник, 8 апреля, 2025
spot_img

Bir zənglə kartdakı 7.000 manatı ələ keçirdi — Bakıda kiberdələduzluq

Daha bir Azərbaycan vətəndaşı kiberdələduzluğa məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

Qurum rəsmisi bildirib ki, Suriya nömrəsi ilə zəng edən naməlum şəxs qarşı tərəfə yalan vəd verməklə bank kartında olan pulunu ələ keçirib:

“Deyiblər ki, 1 milyon 700 min dollar pul var, onu Azərbaycana köçürə bilmirik. Bank kart məlumatlarını bizə verin, ora göndərək, 700 min sizin olacaq. Sizinlə orada əlaqə saxlanılıb 1 milyon dolları təhvil alacaqlar. Vətəndaş bütün məlumatları həmin şəxsə verib, 5 saniyə ərzində bank kartında olan 7377 manat pul çıxarılıb”.

E.Hacıyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr