5 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Bitcoin dəyəri yeni rekord səviyyəyə çataraq, tarixdə ilk dəfə 125 min dollar həddini keçib

Oktyabrın 5-i səhər saatlarında Bitcoin (BTC) tarixi maksimumunu yenilədi. Kriptovalyutanın qiyməti Binance birjasında USDT stabilkoini ilə cütlükdə 125 708 dolları, Amerika kriptobirjası Coinbase-də isə dollar qarşısında 125 725 dolları ötüb.

Kriptovalyuta məzənnələrinin toplayıcısı Coinmarketcap-in məlumatına görə, birjalar üzrə orta maksimal göstərici 125 559 dollar təşkil edib. Əvvəlki rekord səviyyə — təxminən 124,5 min dollar — 14 avqustda qeydə alınmışdı.d

Hazırda Bitcoin-in bazar dəyəri 2,5 trilyon dollar səviyyəsindədir. Bu, ümumi kriptobazarın kapitalizasiyasının 58,5%-ni təşkil edir, hansı ki, 4,17 trilyon dollara çatıb.

Oktyabrın 5-i, saat 09:50-yə olan məlumata görə, Bitcoin 125 min dollardan bir qədər yuxarı qiymətlərlə ticarət olunur. Ethereum isə təxminən 4,56 min dollar səviyyəsindədir. Son 24 saat ərzində bu, müvafiq olaraq 2% və 1% artım deməkdir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr