Böyük Britaniyanın Baş naziri Keir Starmer 16 yaşdan aşağı şəxslər üçün sosial media istifadəsinə qadağa və ya ciddi məhdudiyyətlərin tətbiq oluna biləcəyini açıqlayıb.
Starmer bildirib ki, hazırkı qanunlar uşaqları internetin zərərli təsirlərindən kifayət qədər qorumur. Hökumət bu məsələ ilə bağlı 3 aylıq məsləhətləşmə prosesinə başlayıb və qərar toplanan sübutlara əsasən veriləcək. Onun sözlərinə görə, məqsəd illərlə gözləmək deyil, aylar ərzində real addımlar atmaqdır.
Baş nazir həmçinin süni intellekt əsaslı çat-botların və istifadəçiləri ekrana bağlayan “sonsuz sürüşdürmə” (infinite scroll) funksiyasının uşaqlar üçün ciddi risklər yaratdığını vurğulayıb. Bununla yanaşı, bəzi qurumlar – o cümlədən Uşaqların Müdafiəsi üzrə Milli Cəmiyyət (NSPCC) – tam qadağanın uşaqları daha nəzarətsiz və təhlükəli platformalara yönəldə biləcəyini bildirir.
Yekun qərarın yaxın aylarda açıqlanması gözlənilir.
Fikirləriniz ?



