Əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan Lütfi Zadə 1921-ci ilin fevralın 4-də Bakının Novxanı kəndində doğulub. Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub və Ərdəbildə doğulub. Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi-Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar. O, 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-a gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.
Lütfi Əsgər Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.
Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb. Lütfi-zadə 2017-ci ilin bu günü, yəni sentyabrın 6-da 96 yaşında vəfat edib. O, öz vəsiyyətində Bakıda dəfn olunmaq istədiyini bildirib. Azərbaycanın dünya şöhrətli alim övladı I Fəxri Xiyabanda dəfn olunub.
Fikirləriniz ?