Hazırda ictimai nəqliyyatda güzəştli istifadə hüququ olan sosial qrupların sayı məhduddur və bu siyahının mərhələli şəkildə genişləndirilməsinə ehtiyac var. Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, tələbələr, təqaüdçülər, müharibə veteranları və digər həssas kateqoriyalar güzəştlərə real ehtiyacı olan əsas qruplardır və bu mexanizmin formalaşdırılması artıq başlanıb.
Ekspert bildirir ki, bu ildən ictimai nəqliyyatda brutto müqavilə sisteminə keçid prosesi start götürüb və rəsmi olaraq 2026–2028-ci illəri əhatə edir. Lakin sosial təsiri nəzərə alaraq bu keçidin sürətləndirilməsi məqsədəuyğundur. Bunun üçün əsas şərtlərdən biri avtobuslarda nağd ödənişin tam ləğv edilərək BakıKart üzərindən nağdsız sistemə keçiddir.
Rauf Ağamirzəyev qeyd edir ki, beynəlxalq təcrübədə sosial güzəştlərin tətbiqi üçün ən effektiv model məhz brutto kontrakt sistemidir. Bu model çərçivəsində güzəştli gedişlər, gündəlik, aylıq və illik bilet paketləri, eləcə də 90 dəqiqəlik pulsuz keçid imkanları mümkündür. Bu yanaşma həm sosial ədaləti gücləndirir, həm də vətəndaşların nəqliyyat xərclərini azaltmağa imkan yaradır.
Fikirləriniz ?



