5 C
Баку
Понедельник, 23 декабря, 2024
spot_img

«BYD» Azərbaycanı seçdi — 34 milyon sərmayə qoyulacaq və illik 500 ədəd avtobus istehsal olunacaq

Azәrbaycanda avtobus parkının yenilәnmәsi yerli istehsal hesabına tәmin edilәcәk. Sumqayıtda zavod qurulacaq, 800 yeni iş yerlərini. yaradılnası gözlənilir.

Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq.

Qeyd edilib ki, layihә üzrә ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması mәqsәdilә yerli potensialın reallaşdırılması imkanları araşdırılır.

Vurğulanıb ki, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür.

Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.  

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr