30 C
Баку
Суббота, 19 июля, 2025
spot_img

Chat GPT-də şəkillər yaratmaq daha asan oldu

OpenAI ChatGPT-də şəkil yaratma prosesini təcrübəsiz istifadəçilər üçün sadələşdirib – buna yeni “vizual stillər” funksiyası əlavə olunub. İndi istifadəçilər əvvəlcədən təyin olunmuş üslublardan birini – məsələn, anime, retro cizgi filmi və ya fotosessiya kimi – seçə bilər və uyğun formatda şəkil əldə edə bilərlər, əlavə mürəkkəb təsvirlər yazmağa ehtiyac qalmır.

Əvvəllər keyfiyyətli şəkil yaratmaq üçün dəqiq və detallı mətn təsviri yazmaq lazım idi, həmçinin vizual stillərin trend və xüsusiyyətlərini nəzərə almaq tələb olunurdu. Yeni alət bu asılılığı azaldır: sadəcə təklif olunan üslublardan birini seçmək, şəkil yükləmək və ya səhnəni qısaca təsvir etmək kifayətdir – qalan işi ChatGPT özü yerinə yetirir.

Bu funksiya bütün istifadəçilər üçün pulsuz təqdim olunacaq, lakin mərhələli şəkildə aktivləşdirilir. Tərtibatçıların fikrincə, bu yenilik şəkil yaratma prosesini daha geniş auditoriya üçün əlçatan edir – xüsusilə prompt (təsvir) yazmaq bacarığı olmayan istifadəçilər üçün. Yeni sistem müxtəlif stillərlə daha tez eksperiment aparmağa və daha stabil, proqnozlaşdırılan nəticələr əldə etməyə imkan verir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr