OpenAI artıq təkcə məşhur çat-botun yaradıcı şirkəti kimi deyil, həm də dünyanın ən bahalı özəl şirkəti kimi tanınır. Bəzi “səhmdar” manipulyasiyalarından sonra o, bu siyahıda hətta SpaceX və TikTok-un yaradıcılarını da geridə qoydu.
Yaxın zamanda OpenAI investorlara ümumi dəyəri 10,3 milyard dollar olan səhmləri satmağa icazə verdi. Ən iri investorlar arasında Yaponiyanın Softbank holdinqi, Amerikanın Thrive Capital investisiya şirkəti, Əbu-Dabidə dövlət fondu MGX və beynəlxalq investisiya idarəetmə şirkəti T. Rowe Price yer alır.
Bloomberg-in məlumatına görə, bu qərar şirkətin bazar dəyərini 300 milyard dollardan 500 milyard dollara qaldırdı. Müqayisə üçün: SpaceX 400 milyard dollar, ByteDance (TikTok-un yaradıcı şirkəti) isə 220 milyard dollar dəyərində qiymətləndirilir.
Lakin Forbes-un məlumatına görə, şirkət hələ də mənfəətə çıxmayıb. The Information öz mənbələrinə istinadən bildirir ki, 2025-ci ilin ilk yarısında xalis pul itkisi təxminən 2,5 milyard dollar təşkil edib. Bununla belə, şirkət cari ilin sonuna qədər 13 milyard dollara qədər gəlir əldə etməyi planlaşdırır.
Fikirləriniz ?



