8 C
Баку
Суббота, 13 декабря, 2025
spot_img

ChatGPT-də qrup söhbətləri istifadəyə verilib

OpenAI qrup çatlarını pilot rejimində istifadəyə verib. Bu format bir dialoqda bir neçə şəxsin ChatGPT ilə birlikdə planlama, müzakirə və ideya yaratmasına imkan verir — məsələn, harada şam etmək və ya layihə hazırlamaq kimi.

Qrup çatları sağ yuxarıdakı ikonla yaradılır. Mövcud söhbətə yeni iştirakçı əlavə ediləndə sistem həmin dialoqun surətini yaradır ki, şəxsi yazışma ayrıca qalsın. Bir linklə maksimum 20 nəfər dəvət etmək olar və linki hər kəs başqaları ilə bölüşə bilər. Belə çatlardakı cavablar GPT-5.1 Auto ilə verilir; axtarış, fayl yükləmə, şəkil və səs funksiyaları da işləyir.

ChatGPT qrup söhbətlərində mövzuya uyğun şəkildə müdaxilə etməyə çalışır və istəyə görə @ ilə çağırıla bilər. O, emojilərə reaksiya verir və avatarları fərdiləşdirilmiş şəkillər yaratmaq üçün istifadə edə bilir. Çat ayarlarında adı dəyişmək, iştirakçıları idarə etmək, bildirişləri söndürmək və model üçün fərdi təlimat vermək mümkündür.

Qrup çatları şəxsi söhbətlərdən tam ayrıdır və şəxsi yaddaş burada istifadə edilmir. Dəvətlər təsdiqlənməlidir və istənilən vaxt çatdan çıxmaq olar. Yetkinlik yaşına çatmayanlar üçün əlavə məhdudiyyətlər var: qarışıq qruplarda həssas kontentin görünməsi azalır və valideynlər bu funksiyanı tam bağlaya bilər.

Pilot test Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və Tayvanda ChatGPT Free, Go, Plus və Pro istifadəçiləri üçün web və mobil tətbiqlərdə başlayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr