24 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Çində süni intellekt sahəsində aparıcı alimlərin müəmmalı ölüm dalğası hər kəsi sarsıdıb

Süni intellekt sahəsi Çin və ABŞ arasında texnoloji rəqabətin əsas meydanına çevrilib. Çin uğurlu kadrlar yetişdirsə də, son illər bu sahədə bir neçə tanınmış alim müəmmalı şəkildə vəfat edib. Bu ölümlər təhlükəsizliklə bağlı suallar doğurur.

2022-ci ildə Megvii şirkətinin baş elmi işçisi Sun Jian (45 yaş) qəfil xəstəlikdən vəfat etdi. O, Microsoft-da çalışmış, məşhur ShuffleNet və Brain++ layihələrinə rəhbərlik etmişdi.

2023-cü ildə hərbi Sİ üzrə mütəxəssis Feng Yanghe (38 yaş) “önəmli tapşırıq” zamanı dünyasını dəyişdi. War Skull simulyasiya sistemlərini hazırlamışdı.

Həmin il SenseTime qurucusu və Sİ sahəsinin öncüllərindən Tang Xiaoou (55 yaş) da xəstəlikdən öldü. O, Çində maşın öyrənmə texnologiyasının inkişafına böyük töhfə vermişdi.

2024-cü ildə Yidu Tech-in qurucusu He Zhi (41 yaş) yüksək dağ xəstəliyindən vəfat etdi. Səhiyyədə Sİ tətbiqlərində qabaqcıl idi.

2025-ci ilin əvvəlində isə Quan Yuhui (39 yaş), kompüter vizualizasiyası üzrə ekspert, xəstəlik səbəbilə vəfat etdi. O, 80-dən çox elmi işin müəllifi və dünyanın aparıcı alimləri siyahısında yer almışdı.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr