27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Çində Xiaomi SU7 elektromobilinin qiyməti açıqlanıb

28 mart 2024-cü il tarixində Çində ilk dəfə olaraq Xiaomi SU7 elektromobilin rəsmi satışına start verildi. Tam elektrik sedan bir neçə variantda təklif olunur və artıq ölkənin 29 şəhərinin 59 mağazasında öncədən sifarişini həyata keçirmək mümkündür.

Xiaomi SU7 satışların başlanğıcında iki versiyada təklif ediləcək, Xiaomi SU7 Pro isə may ayının sonunda buraxılacaq:

1. Baza versiya: arxa ötürücü, 100 km/saat sürətlənmə 5,28 saniyə, maksimal sürət 210 km/saat, 15 dəqiqəlik enerji doldurma 350 km məsafə qət edir, getmə ehtiyatı təxminən 700 km, Xiaomi Pilot Pro avtopilotu. Qiymət: 30.000$ başlayaraq.

2. SU7 Pro: arxa ötürücülü, 5,7 saniyəyə 100 km/saat sürətlənmə, maksimal sürət 210 km/saat, məsafə 830 km, 15 dəqiqəlik enerji doldurma 570 km məsafə qət etmək imkanı verir, Xiaomi Pilot Max avtopilotu, qiyməti 34.000$ başlayaraq.

3. Maksimum versiya: tam ötürücülü, 2,78 saniyəyə 100 km/saat sürətlənmə, maksimal sürət 264 km/saat, 800 kilometrə qədər məsafə, 15 dəqiqəlik enerji doldurma 510 km məsafə qət edir, Xiaomi Pilot Max avtopilotu, qiyməti 41.000$ başlayaraq.

Avtomobil digər Xiaomi cihazları ilə dərin inteqrasiyası, eləcə də iPhone sahibləri üçün Apple AirPlay və CarPlay dəstəyi ilə patentləşdirilmiş HyperOS əməliyyat sistemi üzərində işləyir. Elektromobil 7,1 düymlük rəqəmsal alət paneli və 16,1 düymlük multimedia sensor ekranına malikdir. Səs Dolby Atmos dəstəyi ilə 15 dinamikli audio sistemlə təmin edilir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr