Cloudflare-in rəsmi status səhifəsində milyonlarla istifadəçini təsirləndirən genişmiqyaslı nasazlıqdan sonra servisələrin bərpası ilə bağlı yenilənmiş məlumat dərc edilib.
Şirkət bildirib ki, görülən dəyişikliklər nəticəsində Cloudflare Access və WARP xidmətləri tam şəkildə bərpa olunub. Access və WARP istifadəçilərində müşahidə olunan xəta səviyyəsi insidentdən əvvəlki normal göstəricilərə qayıdıb. Digər xidmətlərin bərpası üzərində işlər isə davam edir.
Fikirləriniz ?



