27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

«Google Gemini 2.5 Pro» süni zəka modeli bütün istifadəçilər üçün pulsuz oldu

Google şirkəti özünün ən yeni “düşünən” süni intellekt modeli olan Gemini 2.5 Pro-ya pulsuz giriş imkanı təqdim edib. Bu model daha əvvəl yalnız ödənişli Gemini Advanced abunəliyində mövcud idi. İndi isə bir neçə kiçik funksional məhdudiyyətlərlə hər kəs üçün əlçatandır.

Bu barədə Google-un X sosial şəbəkəsində yerləşdirdiyi bloq paylaşımında məlumat verilib. Bildirilib ki, Gemini 2.5 Pro Experimental abunə olmadan istifadə oluna bilər. Lakin ödənişli versiyadan fərqli olaraq, pulsuz rejimdə modelin cavab generasiya sürəti və kontekst pəncərəsi məhdudlaşdırılıb.

Google nümayəndələri, bu modelin mobil telefonlarda da istifadəsi üzərində çalışdıqlarını qeyd ediblər. Mobil versiyanın yaxın zamanda təqdim olunacağı gözlənilir, lakin pulsuz olub-olmayacağı hələ ki məlum deyil.

Gemini 2.5 Pro yalnız mətnlə deyil, həmçinin audio, video və şəkillərlə də işləyə bilir. Əsas versiyada modelin kontekst pəncərəsinin ölçüsü 1 milyon token (təxminən 650 000 söz) təşkil edir. Lakin pulsuz versiyada bu göstəricinin nə qədər azaldıldığı hələ dəqiq açıqlanmayıb.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr