İlon Maskın da özünün dediklərindən məlum olduğu kimi, bu konkret halda robot müstəqil hərəkət etməyib, sadəcə olaraq operator tərəfindən əvvəllər nümayiş etdirilən hərəkətlər ardıcıllığını təkrarlayıb. Yəni məsəl üçün qutu daha uzağa aparılsa və ya masanın hündürlüyü daha aşağı/yuxarı olsaydı — robot işini düzgün yerinə yetirə bilməzdi.
Nə vaxtsa Tesla robotları şirkət rəhbərinin söz verdiyi kimi bu cür əməliyyatları tam avtonom şəkildə yerinə yetirə biləcəklər, amma indi — xeyr. İlon Mask daha əvvəl bildirmişdi ki, Optimus robotları müxtəlif əməliyyatları öyrənmək üçün xüsusi neyron şəbəkəsindən istifadə edəcək, ona görə də onların yerinə yetirdiyi tapşırıq diapazonu çox geniş olacaq. Hələlik isə bu, sadəcə olaraq robotların imkanlarının daim təkmilləşdirildiyini və onlardan nəinki istehsalatda istifadə oluna biləcəyini başa düşməyə imkan verən “niyyətlərin nümayişidir”.