eyri-rəsmi məlumata əsasın, şirkət daxilində “XChat” adlı mesajlaşma tətbiqi üzərində iş aparılır. X istifadəçilərindən biri tətbiqin interfeysindən bir neçə ekran görüntüsü paylaşmışdır. «XChat» bölməsinə keçid yan paneldə yerləşir. Mesajlaşma tətbiqinə keçid isə dörd simvoldan ibarət PIN-kod tələb edəcək. Mesajların qorunması və şifrələnməsi məsələsində tətbiqin necə işləyəcəyi maraq doğurur.
Mask bir neçə sahədə rəqibləri bazardan sıxışdırmaq niyyətindədir: mesajlaşma (XChat), ödəniş sistemləri (hazırlanmaqda olan XMoney) və e-poçt xidmətləri (gizli saxlanılan XMail) sahələrində. Bu xidmətlərin təxmini buraxılış tarixləri məlum deyil və onların ayrıca tətbiq olaraq çıxacağı, yoxsa X platformasının bir hissəsi olacağı da hələ bəlli deyil.
Fikirləriniz ?