27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

İlon Maskın dediyinə görə, gələcəkdə insanlara işləmək lazım gəlməyəcək

Amerikalı iş adamı İlon Mask süni intellektin inkişafı ilə bağlı proqnozunları ilə bölüşüb. Onun fikrincə, süni intellekt və robotlar bütün zəruri mal və xidmətləri təmin edə biləcək və buna görə də gələcəkdə insan ümumiyyətlə işləmək məcburiyyətində qalmayacaq.

Mask qeyd edib ki, belə vəziyyət yalnız süni intellektin inkişafı üçün əlverişli ssenari çərçivəsində mümkündür. Bir insanın görəcəyi hər hansı bir iş sadəcə lazımsız olacaqdır. Və kimsə işləmək istəyirsə, bu, çox güman ki, hobbi kimi olacaq. Bir sözlə süni intellekt və robotlar insanın ehtiyac duyduğu hər şeyi təmin edə biləcək.

Milyarder həmçinin süni intellektin siyasi cəhətdən düzgün olması üçün öyrədilməsinə qarşı çıxdı, çünki onun fikrincə, bu, süni intellektə yalan danışmağı öyrədəcək. Bu vəziyyət təhlükəli olacaq və hətta bəşəriyyətin məhvinə səbəb ola bilər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr