11 C
Баку
Суббота, 19 апреля, 2025
spot_img

Kia elektrik sedanı EV4 modelini təqdim etdi

Nyu-York Avtomobil Sərgisində Kia qlobal elektrik sedanı EV4 modelini təqdim etdi. Bu dördqapılı model Tesla Model 3-ə rəqib kimi buraxılıb.

Xarici görünüş baxımından EV4 daha əvvəl təqdim edilən EV6 və EV9 modellərinə bənzəyir, lakin daha kəskin və idman üslublu elementlərlə fərqlənir. Ön hissədə pikselli optikaya malik şaquli işıqlandırma sistemi yerləşdirilib. Yan tərəfdən fastbek tərzində dam xətti nəzərə çarpır, arxa hissədə isə LED stop və iki hissəli spoyler yer alır.

Salon minimalizm üslubunda hazırlanıb: ön paneldə biri 5 düymlük iqlimə nəzarət üçün olmaqla, iki 12.3 düymlük ekran və ümumilikdə 30 düymlük rəqəmsal displey bloku yerləşir. Əməliyyat sistemi OTA yeniləmələrini, Apple CarPlay və Android Auto funksiyalarını, həmçinin səsli köməkçini dəstəkləyir. Salon iki zonalı iqlim nəzarəti, ön oturacaqların isitmə və ventilyasiya funksiyası, eləcə də sükanın isitmə sistemi ilə təchiz olunub.

Texniki baxımdan EV4 modeli 400 voltluq arxitekturaya malik E-GMP platformasında qurulub. Bütün modifikasiyalarda ön ötürücülü və 204 at gücündə bir elektrik mühərriki istifadə olunur. Baza versiyası olan Light, 58.3 kWh-lıq batareya ilə 378 km-ə qədər yürüş məsafəsi təmin edir. Wind və GT-Line versiyaları isə 81.4 kWh-lıq batareyaya malikdir və 531 km-ə qədər yürüş məsafəsi təklif edir (GT-Line üçün dəqiq göstəricilər hələ açıqlanmayıb). Sürətli enerji yükləmə ilə 10%-dən 80%-ə qədər doldurma təxminən yarım saat çəkir.

EV4 modeli 2025-ci ilin sonlarında Avropada, 2026-cı ilin ilk rübündə isə ABŞ-da satışa çıxarılacaq. Qiymət hələ açıqlanmayıb, lakin Kia-nın bu model ilə Tesla Model 3-ün liderlik etdiyi seqmentə iddialı olduğu aydın görünür.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr