5 C
Баку
Среда, 17 декабря, 2025
spot_img

«Lamborghini» ilk tam elektrik nəqliyyat vasitəsini təqdim etdi. Amma bu, avtomobil deyil

İtaliya brendi “Lamborghini” lyuks superkarları ilə tanınır, lakin indi brend ilk tam elektriklə işləyən nəqliyyat vasitəsini təqdim etdi. Ancaq avtomobil əvəzinə ictimaiyyətə elektrikli hidro skuterini “Seabob SE63” göstərildi. Premyera “Kann Yaxt Şousu”nda baş tutdu və dərhal bahalı texnika həvəskarlarının marağına səbəb oldu.

Seabob SE63 “Lamborghini” və alman şirkəti Cayago tərəfindən hazırlanıb. Model karbon lifli ötürücü val və yeni güc qurğusu ilə təchiz olunub, bu da onu bütün Seabob hidro skuterlərin arasında ən güclü edir. Ad isə Italian Sea Group ilə birgə yaradılmış “Tecnomar for Lamborghini 63” yaxtasının şərəfinə seçilib.

Dinamikaya 6,3 kVt (8,5 a.g.) gücündə elektrik mühərriki cavabdehdir, daxili akkumulyator isə 60 dəqiqəyədək hərəkət imkanı verir. Onu adi rozetkadan cəmi 1,5 saata qədər doldurmaq mümkündür.

İstehsalçıların sözlərinə görə, sürət baxımından SE63 delfinlər və köpəkbalıqları ilə müqayisə oluna bilər. Qiymət hələ açıqlanmayıb, amma “Lamborghini” avtomobillərində olduğu kimi, əlçatan olacağı gözlənilmir.

Yaxınlarda “Lamborghini”nin rəhbəri Stefan Vinkelmann bildirib ki, hazırda premium elektrik avtomobillərinə tələbatın azalması səbəbindən onlar hibrid texnologiyasını nəzərdən keçirirlər.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr