27 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

«Li Auto Mega» yeni elektrik mikravtobusu doldurma sürəti ilə heyran edir

Çinin avtomobil istehsalçısı Li Auto şirkəti akkumulyatorun doldurulması üçün innovativ sistemə malik elektrik miniven Mega-nı təqdim edib. Startap texnologiyanı o qədər təkmilləşdirməyə nail olub ki, akkumulyatorun 80%-ə qədər doldurulması on dəqiqədən bir qədər çox vaxt aparır.

Li Auto diqqətini elektrik avtomobillərinin premium seqmentinə yönəldib. Avtomobil istehsalçısının son inkişafı yeni sürətli enerji doldurma texnologiyasıdır. O, artıq 10 dəqiqə 36 saniyəyə 10%-dən 80%-ə qədər enerji doldura bilən Li Auto Mega elektromobilində istifadə olunur. Müqayisə üçün qeyd edək ki, Kia EV6 təxminən 18 dəqiqə ərzində 10%-dən 80%-ə qədər doldurulur.

Bu müddət ərzində Mega məsafəni 68-dən 568 kilometrə qədər artırır. Bu, qəhvə fasiləsinə bərabər bir müddətdə 500 kilometr deməkdir. Li Auto bu rəqəmləri Çinin aparıcı akkumulyator istehsalçılarından biri olan CATL-ə borcludur. Li Auto Mega 521 kVt-lıq doldurma gücünü idarə edə bilir ki, bu da Tesla elektrik avtomobillərinin imkanlarından iki dəfə çoxdur. Hazırda ABŞ-da avtomobillərin yalnız bir hissəsi 350 kVt-a qədər istifadə edə bilir.

Li Auto-nun inkişafı enerji doldurma sürətinin kritik olduğu uzun səyahətlər zamanı elektrik avtomobillərinin dayanma müddəti problemini həll etməyə kömək edəcək.

Li Auto Mega mikroavtobusu artıq Çində təxminən 83.000 ABŞ dolları qiymətinə satışdadır.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr