Lynx Motors 249 999 dollara başa gələcək yeni DeLorean DMC-EV elektrik avtomobilinin şəkillərini nümayiş etdirib.
Yeni elektromobil karbon lifli sükan alacaq və nəhəng displey demək olar ki, salonun bütün enini əhatə edir. Mərkəzi konsol isə smartfonları simsiz enerji doldurma ilə təchiz olunacaq.
Tam ötürücülü və dörd elektrik mühərriki DeLorean DMC-EV0-a dörd saniyədən az vaxt ərzində sıfırdan 100 km/saat sürətlənməyə imkan verəcək və bütün bunlar 70 kVt/saat CATL akkumulyatoru ilə təchiz ediləcək. Elektrikli avtomobilin güc ehtiyatı 400 kilometr olacaq.
Yenilənmiş DeLorean DMC-EV tam qapalı radiator barmaqlığı və müasir LED faralar, həmçinin təkmilləşdirilmiş aşağı kuzovu alacaq. Potensial alıcılar avtomobillərini 2500 dollar depozitlə 2025-ci ildə bron edə bilərlər.
Fikirləriniz ?
