7 C
Баку
Четверг, 10 апреля, 2025
spot_img

Media: Apple İlon Mask ilə Tesla-nın alınmasını mezakirə edirdi

Yeni təfərrüatlar The New York Times-ın eksklüziv materialından məlum olub. Məsələn, Apple-ın bəzi əməkdaşları Titan layihəsinin bağlanmasına sevinirlər, çünki onun uğursuzluq ehtimalı çox yüksək idi. Şirkət daxilində hətta zarafatla ona “Titanik” deyirdilər.

Məqalədə bildirilir ki, avtomobil üzərində iş 2014-cü ilin sentyabrında təqdim edilən ilk Apple Watch-un tamamlandığı vaxtdan başlanıb. O zaman Apple Tesla ilə rəqabət aparmaq və potensial olaraq avtomobil sənayesinin əhəmiyyətli bir hissəsini ələ keçirmək istəyirdi. Ən maraqlısı odur ki, Apple rəhbərliyi guya İlon Maskla onun şirkəti Tesla-nın alınmasını müzakirə edib, lakin sonda öz avtomobilinin yaradılmasının daha perspektivli olacağına qərar vermişdi.

Yeri gəlmişkən, 2020-ci ilin dekabrında İlon Maskın özü Model 3-ün inkişafı o qədər də yaxşı getmədiyi bir vaxtda Tim Kuka Teslanı satmaq təklifi ilə müraciət etdiyini söylədi. Maskın sözlərinə görə, Kuk bundan sonra “əməkdaşlıqdan imtina etdi”. Altı ay sonra The Wall Street Journal yazıb ki, Tim Kuk Maska Tesla-nı almağı təklif edib. İddialara görə Mask bunda maraqlı idi, lakin bir şərtlə — o, Apple-ın baş direktoru olacaqdı.

Materialdakı maraqlı məqamlardan biri də Apple-ın ənənəvi sükandan imtina etməsi və bunun əvəzinə Siri vasitəsilə səslə idarə edilməsi ideyasıdır. Bundan əlavə, Apple avtomobilin inkişafı üçün təxminən 10 milyard dollar xərcləyib. Titanın bəzi inkişafları hələ də şirkətin gələcək süni intellekt layihələrində istifadə olunacaq.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr