Mercedes-Benz Group-un baş icraçı direktoru Ola Kallenius 2025-ci ildə istehsalına başlanacaq tam elektrik CLA-nın prototipini şəxsən təqdim edib. Yayımlanan videoda şirkət rəhbəri modelin bəzi xüsusiyyətlərini göstərir və onu yolda sınaqdan keçirir.
Yeni CLA Mercedes Modular Architecture (MMA) platformasında qurulub. Onun mühərriki gələcək nəsil elektrik avtomobilləri üçün əsas olacaq. Platforma iki pilləli ötürmə və 800 voltluq akkumulyator sisteminə, həmçinin 250 kVt-a qədər sürətli enerji doldurmağa imkan verir.
Tamamilə elektriklə işləyən versiya ilə yanaşı, Mercedes-Benz də 48 volt sistemli və daxili yanma mühərrikli hibrid CLA modelini hazırlayır.
Fikirləriniz ?