6 C
Баку
Среда, 4 февраля, 2026
spot_img

Metro və avtobuslarda gediş haqqıları artırıldı — 60 qəpik oldu

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.

Yeni Tariflər:
• Metro gediş haqqı: 60 qəpik
• Müasir, nağdsız ödənişli avtobus marşrutlarında (şəhərdaxili, şəhərətrafı, qəsəbələrarası) minimum tarif: 60 qəpik
• Tariflər yalnız ekoloji təmiz (elektrik/CNG) və 2025-ci ildən istehsal olunan dizel avtobuslara şamil ediləcək.
• Qüvvəyə minmə tarixi: 1 oktyabr 2025

Avtobus Yenilənməsi:
• Bakı: 2025-ci ildə 400 ekoloji təmiz avtobus istifadəyə veriləcək.
• Gəncə: Avtobus parkı tam yenilənib, 244 avtobus, ilin sonuna 280 olacaq.
• Sumqayıt və Abşeron: 85 yeni avtobus.
• Naxçıvan: 60 elektrik avtobusu gətiriləcək.
• İşğaldan azad olunmuş ərazilərdə 2026-cı ilin sonunadək 162 elektrik avtobusu istifadəyə veriləcək.

Metro Yenilənməsi:
• 10 yeni stansiya layihələndirilir, biri 2026-cı ildə açılacaq.
• Son dövrdə 65 yeni vaqon alınıb (35 xəttə buraxılıb, 30 ilin sonunadək istifadəyə veriləcək).
• 2030-cu ilədək əlavə 299 vaqon alınacaq.

Məqsəd:
• Xidmət keyfiyyətinin yüksəldilməsi
• Avtobus parkının yenilənməsi
• Nağdsız ödənişin təşviqi
• Ekoloji təmiz nəqliyyat vasitələrinin artırılması
• Daşıyıcıların maliyyə dayanıqlığının gücləndirilməsi

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr