11 C
Баку
Понедельник, 23 декабря, 2024
spot_img

«Microlino Lite» elektrik avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq

İsveçrənin Microlino şirkəti elektromobillər ailəsini Lite versiyası ilə tamamlamaq qərarına gəlib. Elektrikli avtomobil Cenevrə avtosalonunda debüt etdi və şəhər ətrafında gediş-gəliş üçün əlverişli həll yolu kimi nəzərdə tutulub.

Yeni məhsul 9 kVt gücündə mühərriklə təchiz edilib və Microlino Lite-ın enerji ehtiyatı 100 kilometrə kifayət edir. İstehsalçı elektromobilə litium-ion akkumulyatorunu quraşdırıb, lakin arzu olunarsa, avtomobil bir dəfə doldurulmaqla 180 km yol qət edən 11 kilovatlıq akkumulyatorla təchiz oluna bilər. Akkumulyatorun birinci versiyası iki saat ərzində 80%-ə qədər enerji doldurulur, 11 kilovatlıq versiyada isə enerjinin bərpası iki dəfə çox vaxt aparacaq.

Microlino Lite-in gövdəsini hazırlamaq üçün polad və alüminiumun hibridindən istifadə edilib. Elektromobilin çəkisi 571 kq, ölçüləri 2519 x 1473 x 1501 mm-dir. İnteryerdə idarəetmə paneli, klimat-kontrol sistemi, cihazları doldurmaq üçün USB portlar və smartfon üçün tutacaq da var. Arxa pəncərənin öz istilik sistemi, əşyalar üçün isə 230 litrlik baqajı mövcuddur. Orijinal Microlino-da olduğu kimi, avtomobilə tək ön qapıdan daxil olmaq mümkün olur.

Xarici olaraq, Microlino Lite “böyük qardaşının” dizayn xüsusiyyətlərini təkrarlayır, lakin bu dəfə elektromobil sürücülük vəsiqəsi olmayan insanlar və gənc sürücülər üçün nəzərdə tutulub. Avropada L6e avtomobili kimi təsnif edilir və 45 km/saat sürəti ilə məhdudlaşdırılır.

Qiymətə gəlincə, avtomobil ayda 149 İsveçrə frankına (~169 dollar) təklif olunur.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr