Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Analitiklər süni intellekt bazarının ölçüsü ilə bağlı müxtəlif təxminlərə malikdirlər. “MarketsandMarkets”in ən mühafizəkar hesablamalarına görə, 2023-cü ildə qlobal süni intellekt bazarının həcmi 150,2 milyard ABŞ dolları təşkil edib. “Next Move Strategy Consulting” qlobal süni intellekt bazarının 200 milyard ABŞ dollardan çox olduğunu təxmin edir. Ən optimist məlumatlar Hindistanın “Fortune Business Insights” konsaltinq şirkətindədir. Onun proqnozlarına görə, 2030-cu ilədək süni intellekt bazarı 2023-cü ildəki 515,31 milyard ABŞ dollarından 2 trilyon ABŞ dollara qədər artacaq. Eyni zamanda analitiklərin fikrincə, orta illik artım tempi 21,6-36,8 % təşkil edəcək. “Goldman Sachs”ın proqnozuna görə, növbəti 10 il ərzində süni intellekt texnologiyalarının iqtisadi təsiri qlobal miqyasda 7 trilyon ABŞ dollara çata bilər.