Hər təqvim ili ərzində fiziki şəxslər 1 ədəd mobil cihazı gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə biləcəklər.
Bu, Nazirlər Kabineti tərəfindən “Fiziki şəxslər tərəfindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişikliklərdə öz əksini tapıb.
Qərara əsasən, fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların gömrük dəyəri aşağıdakı aylıq güzəşt hədlərini aşdığı halda:
• şəxsi daşınma zamanı – 800 ABŞ dolları,
• beynəlxalq poçt və ya kuryer vasitəsilə – 300 ABŞ dolları,
bu məbləğlər ümumi gömrük dəyərindən çıxılacaq və qalan hissə üçün müvafiq gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada rəsmiləşdirmə aparılacaq.
Qeyd edək ki, bu qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək.
Fikirləriniz ?



