Amerika Kosmik Agentliyi NASA, özünün “Planetary Photojournal” foto jurnalında uzun müddət qurumuş çayların yataqlarının göründüyü Marsın səthinin fotoşəkillərini dərc edib. Onlar “Mars Reconnaissance Orbiter” vasitəsilə kəşf edilib.
Materiallar yüksək keyfiyyətli şəkillər çəkə bilən “High Resolution Imaging Experiment” və ya “HIRISE” kamerasından istifadə etməklə planetin səthindən təxminən 270 kilometr yüksəklikdən çəkilib.

Şəkillər milyardlarla il əvvəl daha mülayim iqlim dövründə Mars üzərindən axan çayların sahilləri olan “Aeolis Planum” (Aeolis düzənliyi) adlı bölgəsindəki silsilələri göstərir. Mütəxəssislər izah edirlər ki, qıvrımlı formalar çayın yatağının çınqılla*(daş növü*) doldurulması, su yolunu əhatə edən daha kiçik dənələrin sahil xətlərini dəyişdirməsi nəticəsində yaranıb.
Elm adamları bu fenomeni “tərs çevrilmiş çay yataqları” adlandırırlar. Çay quruyandan sonra incə dənəli mühit asanlıqla eroziyaya məruz qalır və qayalı çay yatağı yüksək silsilə kimi qalır.
Hazırda NASA-nın “Perseverance” roveri keçmiş həyatın əlamətlərini axtarmaq üçün qırmızı planetin səthini tədqiq etməyə davam edir. Agentlik bir gün Marsın səthi üzərində təxminən 217 km/saat sürətlə uça biləcək Mars təyyarəsinin potensialı ilə bağlı araşdırmalara da başlayıb.
