Deyəsən, süni intellekt ətrafında baş verən uzun yarışda qalib məhz NVIDIA şirkəti oldu, onun neyron şəbəkələri öyrətmək və işlətmək üçün qrafik sürətləndiricilərinə olan tələbat olduqdca yüksəkdir. Bunun sayəsində şirkət bazar kapitallaşmasında Amazon və Google kimi nəhəngləri geridə qoydu.
Companies Market Cap portalının məlumatına görə, fevralın 14-də NVIDIA-nın bazar kapitallaşması 2,46% artaraq 1,825 trilyon dollara çatıb. Bu, qrafik çip istehsalçısına kapitallaşması 1,82 trilyon dollar dəyərində qiymətləndirilən Google-un əsas şirkəti olan Alphabet-i qabaqlamağa imkan verdi. NVIDIA həm də Amazon (1,776 trilyon dollar) və Meta-dan (1,206 trilyon dollar) daha bahadır.
Hazırda şirkətin işləri çox yaxşı davam edir və Nvidia dünyanın ən dəyərli şirkətləri reytinqində üçüncü yeri tutaraq Səudiyyə Ərəbistanının neft nəhəngi Saudi Aramco-nu (2,078 trilyon dollar) hələ də ötmək şansı var. Lakin qeyd etmək lazımdır ki, Amerika video kart istehsalçısı hələ də Apple (2,843 trilyon dollar) və Microsoft şirkətlərindən (3,042 trilyon dollar) uzaqdadır.
