Los Ancelesdən olan “Robomart” şirkəti yeni robotlaşdırılmış çatdırılma nəqliyyat vasitəsini təqdim edib. RM5 modeli tam elektriklə işləyən, ölçülərinə görə şatlla müqayisə oluna bilən furqondur. Maşında sürücü yeri nəzərdə tutulmayıb.
İstehsalçıların sözlərinə görə, onların həlli çatdırılmanı “iqtisadi cəhətdən sərfəli” edir. Maşın 225 kq-a qədər yük götürür və bu yük 10 bölmədə yerləşdirilir. Şirkətin həmtəsisçisi Emad Suxayl Rahimin sözlərinə görə, RM5 pərakəndə satıcılara sürətli çatdırılma üçün gəlirli kanal, alıcılara isə daha əlçatan qiymətlər təqdim edəcək.
Xidmətin qiyməti sabit olacaq – hər sifariş üçün cəmi 3 dollar, heç bir əlavə haqq nəzərdə tutulmayıb. Furqon saatda 40 km-ə qədər sürətlənə bilir və tam enerji yığımı ilə 180 km məsafə qət edə bilir. Robomart iddia edir ki, RM5 adi “səki robotlarından” 50 dəfə çox yük daşıyır və insan kuryerlərlə müqayisədə xərcləri 70% azaldır.
RM5-in marşrutu dinamik şəkildə qurulur: robot bir neçə mağazaya daxil olur, malları toplayır və yalnız bundan sonra sifarişləri müştərilərə çatdırır. Şirkət 2018-ci ildən etibarən Mercedes minivenləri əsasında çatdırılma üzərində sınaqlar aparırdı, indi isə pilotsuz furqonların tammiqyaslı istifadəsinə hazırlaşır.
Fikirləriniz ?



