Polestar şirkəti StoreDot startapı ilə birgə hazırlanmış Extreme Fast Charging (XFC) texnologiyasından istifadə etməklə yaradılmış yeni akkumulyatorun işini nümayiş etdirib. Şirkət nümayəndələrinin sözlərinə görə, sınaq zamanı Polestar 5 prototipi rekord qıran şarj sürətini nümayiş etdirib.
Polestar 5, 2025-ci ildə buraxılması planlaşdırılan GT versiyasının dörd qapılı variasiyasıdır. Testin əvvəlində elektromobilin doldurma gücü 310 kVt, sonunda isə 362 kVt olub. Bu, 77 kVt/saat batareya ilə real Polestar 5 modelində texnologiyanın ilk real nümayişidir.
Extreme Fast Charging-in özəlliyi silikon anoddan istifadə edilməsidir. Bərabər enerji sıxlığı ilə (digər batareyalarla müqayisədə) XFC texnologiyasından istifadə etməklə yaradılmış batareyalar xüsusi soyutma sistemi əlavə etməyə ehtiyac duymur.
“Vaxt həyatda ən vacib şeylərdən biridir və biz dəbdəbəli elektrik avtomobillərinin istehsalçısı olaraq müştərilərin elektrik avtomobili almazdan əvvəl əsas narahatlığını — enerji doldurma narahatlığını həll etməliyik. Bu yeni texnologiya sayəsində sürücülər avtomobildə əvvəlkindən daha az enerji doldurmağa vaxt sərf edə biləcəklər. Əslində, doldurma müddəti bu gün benzinlə işləyən avtomobillərə yanacaq doldurmaq üçün lazım olduğundan bir qədər uzun olacaq”, — Polestar-ın baş direktoru Tomas İnqenlat bildirib.
Fikirləriniz ?