Los-Ancelesin yaxınlığında yerləşən “Unplugged Performance” şirkəti Tesla Cybertruck elektrik pikapının yenilənmiş dizaynını əks etdirən video yayımladı. Videoda ABŞ polisi tərəfindən istifadə olunsaydı, elektrik avtomobilinin necə ola biləcəyi göstərilir.
Şirkət yenilənmiş “Cybertruck”-ı hüquq-mühafizə orqanları üçün hazırlanan patrul maşınını kimi təqdim edir. Bununla belə, “Unplugged Performance” dövlət qurumlarından mümkün sifarişlərin dəqiq sayını açıqlamayıb. Amma ilk tədarüklər artıq başlayıb.
“Popular Science”-ın məlumatına görə, startap Anaheim Polis Departamentinə artıq bir neçə modifikasiya satıb, lakin söhbət Tesla Model Y-dən gedir.
Fikirləriniz ?