29 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

Rəşad Nəbiyev: «Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq»

Azərbaycanda fəaliyyət göstərən universitetlərin 70 %-də süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində deyib.

O bildirib ki, Azərbaycan üçün güclü süni intellekt strategiyası hazırlanıb: “Növbəti 3 ilin hədəfi süni intellektlə bağlı araşdırma məqalələrinin sayında 50 %-lik artım əldə etməkdir. Böyük universitetlərdən birində tamamilə süni intellekt əsaslı innovasiya mərkəzinin yaradılmasını hədəfləmişik. Bundan əlavə təkcə dövlət qurumlarında deyil, həmçinin özəl sektorda da süni intellektdən istifadə ilə bağlı ssenarilər hazırlayırıq”.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr