Bir vaxt öncə Telegram messencerinin yaradıcısı Pavel Durov bu yay Mərkəzi Asiya ölkələrinə səfər etməyi planlaşdırdığını bildirirdi. Bu barədə Pavel Durov Telegram kanalında məlumat vermişdi.
“Dubayda hava istiləşir və bütün dostlarım, məsələn, Fransanın cənubu kimi gözəl yerlərə gedirlər. Bu ölkənin vətəndaşı kimi mən razıyam ki, Fransa ən yaxşı istirahət məkanıdır”.
Bununla belə, Durov qeyd edib ki, o, Telegram-ın baş direktoru kimi məzuniyyətə çıxmır. Bunun əvəzinə o, işləyəcək və “qeyri-adi yerlərdə” istifadəçilərlə görüşəcək.
“Bu yay mən Orta Asiyaya səfərə gətməyə qərarına gəldim ki, orada həyatın necə olduğunu, insanların Telegram-dan necə istifadə etdiyini və onların hansı rəqəmsal ehtiyacları olduğunu bilmək üçün”, — deyə Durov bildirib.
Durov təfərrüatları, o cümlədən səfərin vaxtı və səfər etməyi planlaşdıran ölkələri açıqlamayıb. Lakin bütün kəşflərini öz kanalında təqdim edəcəyinə söz verib.
Fikirləriniz ?