29 C
Баку
Пятница, 22 августа, 2025
spot_img

Tesla altı nəfərlik vesiyada «Model Y» krossoverini təqdim etdi

Tesla şirkəti Çində Model Y elektrikli avtomobilinin altı nəfərlik versiyasını təqdim edib. Sıra sayından başqa, yeni model daha böyük baqaj bölməsi, uzadılmış kuzov və eksteryer və interyerdə bir neçə dəyişikliklə fərqlənir.

Yenilik Model YL adını alıb və hələlik yalnız Çində sifariş üçün mövcuddur. Əsas fərq isə üçüncü sıra oturacaqların əlavə edilməsidir. Daha çox yer yaratmaq üçün Tesla Model Y-ni 180 mm uzadıb, hündürlüyü 24 mm artırıb və təkər bazasını 150 mm böyüdüb. Oturacaqlar yığıldıqda baqaj həcmi 2539 litr təşkil edir, bu da Model Y-dəki 1840 litrdən xeyli çoxdur.

Yeni, daha tutumlu akkumulyator sayəsində yürüş məsafəsi Model Y Long Range AWD ilə eyni olaraq 751 km (CLTC) təşkil edir. Çində yeni modelin qiyməti təxminən 47 000 ABŞ dollarından başlayır, bazis Model Y isə 36 679 ABŞ dollarından satışdadır.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr