30 C
Баку
Понедельник, 7 июля, 2025
spot_img

«The Line» adlı göydələn şəhəri nəhayət tikilməyə başladı [Video]

Bu gün miqyasına görə Böyük Çin Səddi və ya Giza Piramidaları ilə müqayisə edilə bilən bir göydəıən tikmək mümkündürmü? “The Line” layihəsinin müəllifləri bunu mümkün hesab edirlər. Səudiyyə Ərəbistan artıq bəlkə də dünyanın ən böyük layihəsini — 170 kilometrlik göydələn şəhərinin tikintisini həyata keçirməyə başlayıb.

The Line — Nyu-York şəhərinin əhalisi ilə müqayisə olunabilən, təxminən doqquz milyon insanı yerləşdirməyi planlaşdıran nəhəng yaşayış kompleksidir. Belə “şəhər”in uzunluğu 170 km, hündürlüyü 500 m, eni isə 200 m olacaq. Onun infrastrukturuna sürətli qatarlar üçün dəmir yolları, idman stadionu, şaquli fermalar, ictimai yeməkxanalar, marina və s. daxildir.

Onlar bu barədə ilk dəfə 2022-ci ilin yayında danışmağa başladılar, lakin sonra The Line yalnız iddialı bir layihə kimi qəbul edildi. Mütəxəssislərin tənqidlərinə baxmayaraq vəliəhd şahzadə Məhəmməd bin Salman “The Line”ın həyata keçirilməsini təsdiqləyib. İndi futuristik yaşayış kompleksinin tikintisi sürətlə gedir, bunu layihə müəlliflərinin yeni videosu da təsdiqləyir.

Artıq ilk tikinti işlərinə başlanılıb. İndi podratçılar təməlin sonrakı qoyulması üçün torpağı hazırlayırlar. İş gecə-gündüz aparılır və həftə ərzində inşaatçılar milyonlarla kubmetr torpaq və suyu daşımalı olurlar. “The Line” tikintisinin birinci mərhələsinin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr