Dünən paylaşılan posta (tıxacların iqtisadiyyata vurduğu zərər haqqında), bir çoxları rəy yazdı ki, çox bəyənilən şərh isə belə idi: “daha çox benzin satılır və neft şirkətləri bundan qazanır.”
⠀
İlk baxışdan bu məntiqli görsənir, amma əslində vəziyyət bu qədər bəsit deyil. Xüsusilə Azərbaycanda.
⠀
Bizdə benzin və dizelin qiyməti sabitdir və tarif şurası tərəfindən müəyyən olunur. Yəni daxildə satılan yanacağın qiyməti dünya bazarındakı neftin qiymətindən dinamik şəkildə asılı deyil. Ona görə də daxildə yanacaq satmaq şirkətlərə əlavə gəlir gətirmir.
⠀
Əsl gəlir ixracdan gəlir. Azərbaycan nefti üçün əsas qazanc yeri xarici bazarlardır. Çünki orada neft real bazar qiymətinə satılır və ölkəyə valyuta gətirir.
⠀
Əlavə olaraq, tıxacların fəsadlarını aradan qaldırmaq üçün daha çox büdcədən maliyyə ayırır (səhiyyə xərcləri, ekoloji aspektlər), eyni zamanda zaman itkisinə görə daha az vergi ödənilir və s.
⠀
Yəni nəticə olaraq: tıxaclar ölkə üçün nə iqtisadi, nə də sosial baxımdan sərfəli deyil.
⠀
©️İnsan yönümlü şəhər
Fikirləriniz ?



