Toni Robbins adlı info-iş adamı belə bir maraqlı fikir səsləndirib: “2007-ci ildə buraxılan iPhone-un ilk versiyasından hər il yeni modelini əldə etsəydiniz ümumilikdə bu günə qədər 20,600 dollar xərcləyəcəkdiniz, amma onun yenirinə həmin zaman eyni məbləğdə “Apple”ın qiymətli kağızlarını alsaydınız, o zaman hazırda 206 milyon dollar sərvətiniz olacaqdı”.
Amma qeyd etmək lazımdır ki, Toni Robbins “biraz” səhv hesablamalar aparıb: əslində 206 milyon dolların yerinə sizin 1 milyon dollar sərvətiniz olacaqdı, amma bu da heç də pis deyil. Əsas fikir isə dəyişməz olaraq qalır, vaxtaşırı xərcləməkdən əlavə, həmçinin gələcəyinizə yatırım etmək haqqında da fikirləşin.
Fikirləriniz ?