5 C
Баку
Среда, 17 декабря, 2025
spot_img

Toyota, pilotsuz «e-Palette» transformer avtobus modelini təqdim etdi

Toyota şirkəti “e-Palette” təqdim etdi — qeyri-adi elektrik avtobusu, hansı ki, şatl, mobil mağaza, çatdırılma furqonu və ya hətta “food track”ə çevrilə bilir. İlk modelləri oktyabr ayında Tokioda yeni Toyota Arena-nın açılışında görmək mümkün olacaq.

Bu model ilk dəfə 2018-ci ildə CES sərgisində konsept kimi göstərilmiş, daha sonra isə 2021-ci ildə Tokiodakı Olimpiya oyunlarında idmançıların daşınması üçün istifadə olunmuşdu. İlkin mərhələdə avtobus ikinci səviyyə avtomatlaşdırma (Level 2) ilə təchiz olunacaq, tam avtonom – dördüncü səviyyəli versiyaların isə 2027-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

Texniki göstəricilər:
• e-Palette 72,82 kVt/saatlıq akkumulyatorla işləyir, bu isə təxminən 250 km məsafəyə kifayət edir.
• 80%-ə qədər enerji yığılması cəmi 40 dəqiqə çəkir.
• Avtobusda həmçinin enerjini bölüşmək üçün əks-yükləmə funksiyası da mövcuddur.

Ölçülər və xüsusiyyətlər:
• Ölçüləri: 4950 x 2080 x 2650 mm, bu da əksər elektrik furqonlarından xeyli böyükdür.
• Salonunda rəqəmsal tablolara yer ayrılıb.

Qiymət: e-Palette-in start qiyməti 197 000 ABŞ dolları təşkil edir.

Fikirləriniz ?

Related Articles

ОСТАВЬТЕ ОТВЕТ

Пожалуйста, введите ваш комментарий!
пожалуйста, введите ваше имя здесь

- Reklam -spot_img

Ən son məqalələr