20 ildən artıqdır ki, “Toyota Prius” yanacağa qənaət etmək üçün elektrik mühərrikini klassik yanma mühərriki ilə birləşdirə bilən ilk kütləvi istehsal edilmiş hibrid avtomobili kimi bazarda yer almışdı. Avtomobil bu yaxınlarda ən səmərəli yanacaq sərfiyyatı üzrə növbəti dünya rekordunu qırdı — hər qallon (3,79 litr) üçün 150 km qət etməyi bacardı.
Uzunluğu 5000 kilometrdən çox olan marşrut Los-Ancelesdən Nyu-Yorka qədər uzanırdı. Avtomobil hətta sərt hava şəraitində də özünü tam doğrultdu. Bu, Toyota Prius-un buraxılmasından bəri otuzuncu mükafatıdır.
Səyahət zamanı sürücü Ueyn Gerdes temperaturun 41 dərəcə Selsi və daha yüksək olduğu Moxave səhrasından keçib. Həmçinin, Toyota Prius Meksika körfəzindən gələn güclü küləklərə problemsiz olaraq tab gətirdi.
Ən son nəsil Toyota Prius modeli 2023-cü ildən bəri satışda mövcuddur. Avtomobil yenilənmiş dizayn və təkmilləşdirilmiş beşinci nəsil “Toyota Hybrid System” aldı. Model 194 at gücünə malik 2,0 litrlik mühərriklə təchiz edilib.
Fikirləriniz ?