Çində keçirilən xüsusi tədbirdə Xiaomi, keçən il təqdim etdiyi flaqman sedan “SU7 Ultra”nın satışına başladığını elan etdi. Nəhayət, planetin ən sürətli dörd qapılı avtomobili hər kəs üçün əlçatan oldu.
“SU7 Ultra”nı seçmək və sifariş etmək üçün onlayn dizayner artıq Xiaomi saytında mövcuddur. Bu, rəngini, dekorativ elementləri və təkərləri, həmçinin interyer dizaynını seçməyə imkan verir. Fərdiləşdirmə üçün spoyler, kapot, dam, arxa görünüş güzgüləri, loqo, sükan, oturacaq örtükləri və karbon lifli mərkəzi konsol var. Hətta kiçik bir daxili soyuducu ala bilərsiniz.
“Xiaomi SU7 Ultra”nın əsas versiyası 529 900 yuana başa gəlir ki, bu da hazırkı məzənnə ilə təxminən 123.800 azn təşkil edir. Bu pula alıcı 1548 at gücü, sıfırdan 100 km/saata 1,98 saniyəyə sürətlənmə, 350 km/saat maksimal sürət, istiliyədavamlı karbon-keramika əyləc diskləri, avtopilot sistemi, 25 dinamikli audiosistem və s. əldə edir.
Qeyd edək ki, həmin təqdimatda Xiaomi flaqman smartfonu 15 Ultra və Buds 5 Pro qulaqlıqlarını da nümayiş etdirdi.
Fikirləriniz ?