Volkswagen bazara yeni, əlçatan elektromobil xəttini çıxarmağa hazırlaşır və bu seriyanın ilk modeli ID.Polo olacaq. Elektrikli Polo brendin ən populyar modellərindən birinin tarixini davam etdirəcək.
ID.Polo 2026-cı ilin yazından etibarən təqdim olunacaq dörd yeni giriş səviyyəli elektromobildən birincisidir. Ölçüləri 4053 × 1816 × 1530 mm, təkər bazası isə 2600 mm-dir. Model adi Polo ilə oxşar ölçülərə malik olsa da, salonda daha geniş məkan təklif edir.
Bağaj həcmi 24% artaraq 435 litr olub, arxa oturacaqlar qatlandıqda isə 1243 litr təşkil edir. Elektromobil 85 kVt (114 a.g.), 99 kVt (133 a.g.) və 155 kVt (208 a.g.) gücə malik versiyalarda satışa çıxacaq.
2026-cı ildə 166 kVt (223 a.g.) gücündə GTI versiyası da təqdim olunacaq. Baza modellər 37 kVt·saatlıq LFP, güclü versiyalar isə 52 kVt·saatlıq NMC batareya ilə təchiz ediləcək və 450 km-ə qədər yürüş ehtiyatı təqdim edəcək.
ID.Polo yeni MEB+ platforması üzərində qurulub. Cell-to-pack texnologiyalı PowerCo batareyası enerji sıxlığını təxminən 10% artırır. Modelin ilkin qiymətinin 25 000 avrodan başlaması gözlənilir.
Fikirləriniz ?



