Xiaomi MX11 krossoverini sınaqdan keçirən kadrlardan sonra internetdə dizaynerlər tərəfindən fotoşəkillər əsasında yaradılmış avtomobilin yüksək keyfiyyətli renderləri peyda olub. Onlar elektromobili hər tərəfdən iki kuzov rəngində göstərirlər ki, bu da təqdimatını gözləmədən onun ilkin dizaynını qiymətləndirməyə imkan verir.
Sugar Design studiyasının yaratdığı görüntüləri Carnewschina portalı paylaşıb. Nəşrin müəlliflərinin fikrincə, avtomobil SU7 ilə eyni platformada qurulacaq və nisbətən daha sürətli olacaq. İlkin buraxılış tarixi 2025-ci ilin əvvəlinə planlaşdırılıb.
Ondan əlavə şirkətin daha sərfəli eəektromobil modeli üzərində çalışacağı da şayiələr var. Təxminən 20.000 dollara başa gələcəyi və avtomobillərin “Redmi”-yə çevriləcəyi gözlənilir. Xiaomi özü hələ heç bir müvafiq açıqlama verməyib.
Fikirləriniz ?